3 illik müqavilə, yarımçıq qalan karyera, itən mövsüm - İndi nə olacaq?

23:00 Problem 137
3 illik müqavilə,  yarımçıq qalan karyera, itən mövsüm - İndi nə olacaq?

Turan Manafov üçün 2026-cı il heç də yaxşı başlamadı və görünən odur ki, yaxşı da bitməyəcək.

Ötən ilin yayında “Stellenboş”la 3 illik müqavilə imzalayan 27 yaşlı futbolçunun karyerası hazırda sual qarşısındadır.

İlin əvvəlində “Qəbələ”yə icarəyə göndərilən Manafov yeni komandasında özünü yax.ə göstərə bilmədi.

Baş məşqçi Kaxaber Tsxadadze ilə münasibətlərin qaydasında olmaması istədiyi kimi oynamasının qarşısını aldı.

Yayda “Stellenbosş”un düşərgəsinə qayıtmalı idi. Lakin hərbi xidmət məsələsi buna imkan vermədi. Azərbaycanı tərk edə bilməyən futbolçu Cənubi Afrikaya gedə bilmədi və bunun ardınca klubla münasibətləri korlandı.

“Stellenboş”un Manafovla bağlı ciddi addım atdığı, tərəflər arasında məhkəmə çəkişməsinin başladığı bildirilir.

Beləliklə, futbolçu artıq neçə aydır Azərbaycandadır. Bir tərəfdən hərbi xidmət məsələsinin həllinə çalışır, digər tərəfdən Cənubi Afrika klubu ilə yaranmış hüquqi problemin nəticəsini gözləyir.

Futbol mövsümü başlayıb, komandalar heyətlərini formalaşdırıb, Turan hələ də yaşıl meydanlardan kənardadır.

27 yaş futbolçu üçün karyeranın ən vacib dövrüdür. Manafov bu mərhələdə futbol oynamaq əvəzinə problemlərin həlli ilə məşğuldur. Üstəlik, uzun müddət futboldan uzaq qalmaq onun fiziki və oyun formasına da təsirsiz ötüşməyəcək.

Problemlər yaxın aylarda həllini tapsa, futbolçunun qış fasiləsində karyerasını bərpa etməsi mümkündür.

Vaxt gedir, Manafov futbola qayıtmağın yollarını axtarır. Bunun üçün hərbi xidmət məsələsi həllini tapmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti