“Karvan”da rəhbər vəzifəyə yeni təyinat reallaşıb.
Bu mövsüm yenidən I Liqaya qayıdan Yevlax təmsilçisinin vitse-prezidenti postu Şahlar Vəliyevə tapşırılıb.
O. “sarvanlar“a doğma birisidir. Şahlar Vəliyev klubun prezidenti Şahmar Vəliyevin qardaşıdır.
Uzun illərdir burada çalışan Kənan Kərimov isə “Karvan“ı tərk edib.
Yevlax futbolunun canlı əfsanəsi vitse-prezident postundan gedib. Onun konkret hansı səbəbdən «sarvanlar»la vidalaşdığı açıqlanmıır.
Millinin sabiq hücumçusu 20 ilə yaxındır ki, «Karvan» camiəsinə bağlıdır. O, Həvəskarlar Liqasından və Region Liqasından bəri burada yol gəlib.
Aran təmsilçisinin 14 illik aradan sonra Premyer Liqaya qayıdışı da Kərimovun xidmətidir.
I Liqada ikinci yer tutaraq elitaya dönən yevlaxlılar qalıcı ola bilmədi. Füzuli Məmmədovla 12-ci - sonuncu yeri tutan komanda aşağı liqaya yuvalandı.
SPORTİNFO.AZ
