“Neftçi” yeni kampaniyaya start verdi, azarkeşlərini sevindirdi - İstanbul bileti!

17:20 Neftçi 179
“Neftçi” yeni kampaniyaya start verdi, azarkeşlərini sevindirdi - İstanbul bileti!

“Neftçi” yeni kampaniyaya start verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində, oktyabrın 9-da “Sabah”a qarşı keçiriləcək ev oyununa onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq.

İlin sonunadək isə hər 3-cü ev oyununda bir “Neftçi” azarkeşi aviabilet qazanmaq şansı əldə edəcək.

Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır, biletlərini stadionun girişində skan edərək, hər 3 matçda iştirak etməlidir.

Qalib 3-cü oyunun ilk hissəsinin gedişində, bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu “Neftçi”nin sosial şəbəkəsinin hekayə bölməsində paylaşılacaq.

Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək.

Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər. Onlayn biletləri https://bilet.neftchi.az saytından və “Neftçi”nin mobil tətbiqindən əldə etmək olar.

Digər Xəbərlər
Xəbər Lenti