Laqos ştatının “Goal Getters FA” klubunun hücumçusu Adevale Lateef karyerasını Azərbaycanda davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Nigeriya mətbuatı məlumat yayıb.
Bildirilib ki, gənc oyunçu Premyer Liqa təmsilçisi “İmişli” ilə anlaşıb. Bu, onun karyerasında ilk peşəkar müqavilə olub. Sözləşmə Nigeriyada hücumçunun gələcək karyerası baxımından mühüm hadisə kimi qəbul edilib.
Lateef “İmişli” ilə müqavilə imzaladığı üçün çox sevindiyini, Azərbaycanda ona yaradılan fürsətdən maksimum yararlanmağa kökləndiyi açıqlayıb.
Oyunçunun yaşı lə bağlı hər hansı məlumat yoxdur.

