“Real” Raul Asensionun uzun müddətə sıradan çıxmasından sonra heyətinə yeni mərkəz müdafiəçisi cəlb etmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Madrid təmsilçisinin transfer siyahısında üç futbolçu var. Bunlar “Komo”nun müdafiəçisi Jakobo Ramon, Dortmund “Borussiya”sının üzvü Niko Şlotterbek və “İnter”in futbolçusu Alessandro Bastonidir.
“Real”ın əsas hədəfi Ramondur. “Kral klubu” onu 2025-ci ilin yayında 2,5 milyon avro qarşılığında “Komo”ya satıb.
Ancaq “Real” ispaniyalı futbolçunun hüquqlarının 50 faizini özündə saxlayıb və onun geri qaytarılması üçün müxtəlif imkanlara sahibdir. Məsələn, “kral klubu” gələn yay 9 milyon avroya futbolçunun geri alınması bəndini aktivləşdirə bilər.
Ancaq əsas problem Ramonun yenidən “Real”da oynamaq istəməməsidir. 21 yaşlı futbolçu İtaliyada müntəzəm oyun praktikası əldə edir və karyerasını hazırda “Komo”da davam etdirməkdə maraqlıdır.
“Real” İspaniya La Liqasında 7 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
