Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, D Liqasında mübarizə aparan komanda qrup mərhələsindəki ikinci oyununu Lixtenşteynə qarşı keçirib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda bu rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Qarşılaşmanı Avstriyadan olan hakimlər idarə ediblər.
Bu görüşdə qapılara qol vurulmayıb.
