Qış transfer planı üzə çıxdı - Premyer Liqa nəhənginin

00:20 İngiltərə 79
Qış transfer planı üzə çıxdı - Premyer Liqa nəhənginin

“Mançester Yunayted”in qış transfer pəncərəsi ilə bağlı planları bəlli olub.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yayılan son məlumatlara baxmayaraq, yanvarda digər mövqelərdən daha çox, müdafiə xəttini gücləndirməyə çalışacaq.

Mançester klubu yayda sol cinah müdafiəçisi transfer etmək istəyib, ancaq bu planını reallaşdıra bilməyib.

Bununla yanaşı, “Mançester Yunayted”in yeni hücumçu almaq planının da olduğu bildirilir. Ancaq klub forvard transferini qışda deyil, gələn yay həyata keçirməyi düşünür.

Maykl Karrikin rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasında 5 turdan sonra 5 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri
1 Oktyabr 01:10 Bakıya gətirilməyəcək