Ronaldo buradan söz-söhbətlə ayrıldı, 500 min “təqibçi” itirdilər

12:20 Dünya futbolu 117
Ronaldo buradan söz-söhbətlə ayrıldı, 500 min “təqibçi” itirdilər

Portuqaliya komandasında baş verən skandaldan sonra yığmanın rəsmi sosial şəbəkə hesabı bir sutka ərzində təxminən 500 min izləyici itirib.

Sportinfo.az xəbər verir ki, Kriştianu Ronaldonun düşərgəni qəfildən tərk etməsi bütün dünyadakı azarkeşlərin kəskin etirazına səbəb olub.

Xatırladaq ki, 41 yaşlı ulduz futbolçu ilə baş məşqçi arasında gərginlik Millətlər Liqasında Norveçlə matçdan əvvəl başlamışdı.

Federasiya rəhbərliyinin müdaxiləsi ilə münaqişə səngisə də, Danimarka oyunu öncəsi məşqçinin Ronaldonun yenidən kənarda qala biləcəyini eyham vurması vəziyyəti yenidən gərginləşdirib.

Oktyabrın 1-də Ronaldonun milli düşərgəsindən özbaşına getməsinə görə 1 aydan 6 ayadək diskvalifikasiya edilə biləcəyi məlum olub.

234 oyunda 146 qol vuraraq iki dünya rekorduna imza atan 41 yaşlı hücumçunun düşərgədən qaçmasından sonra hətta Portuqaliyanın Baş naziri də məsələyə müdaxilə edərək tərəflərlə danışıqlar aparmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!