“Son 1 ildə etdikləri bəzi transferlərin məntiqini anlamaqda çətinlik çəkirəm“

17:40 Turan 28
“Son 1 ildə etdikləri bəzi transferlərin məntiqini anlamaqda çətinlik çəkirəm“

“Bu mövsümün ən az anlaşılan transfer siyasətlərindən biri “Turan Tovuz”a məxsusdur“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Asadov Pro Bridge”in rəhbəri Emil Əsədov deyib.

Tanınmış FİFA meneceri qərb klubunun altı həftəsi geridə qalmış yeni mövsümə qeyri-sabit başlamasından danışıb.

Beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş şirkətin əsas şəxsi Kurban Berdiyevin etdiyi transfer çalışmalarını qiymətləndirib.

Onun fikrincə, rusiyalı baş məşqçinin bu sahəyə yanaşmasının məntiqi aydın görünmür:

“Klubun son 1 ildə etdiyi bəzi transferlərin məntiqini anlamaqda çətinlik çəkirəm. Heyətdə yeni transferlərdən daha effektiv ola biləcək futbolçular olduğu halda, seçimlərin hansı meyarlara əsasən edildiyi aydın görünmür.

Yeni transferlərdən birinin 34 yaşı var. Əlbəttə, 34 yaşlı futbolçu yüksək səviyyədə çıxış edə və komandaya ciddi fayda verə bilər.

Burada məsələ yalnız yaş deyil. Lakin uzunmüddətli və gələcəyə hesablanmış heyət quruculuğundan danışırıqsa, bu addımın strateji məntiqini görmək çətindir.

Komandanın əsas ehtiyacı isə hələ də mərkəz hücumçusudur.

Hücum xəttində oyunu üzərinə götürən, cərimə meydançasında təhlükə yaradan və komandanın qurduğu hücumları nəticəyə çevirən futbolçu çatışmazlığı hiss olunur“.

Digər Xəbərlər
Xəbər Lenti