"Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"

2 Oktyabr 04:50 Digər növlər 296
"Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"

Azərbaycan idmançıları Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda daha yaxşı nətiəcələr qazanmaq istəyirlər.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan üzgüçüsü Abdurrəhman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O, Bakı Su İdmanı Sarayında keçirilən yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Çox həyəcanlıyıq, ilk dəfədir ki, Azərbaycanda üzgüçülük üzrə Dünya Kuboku keçirilir. Sevindirici haldır ki, bu gün Bakı Su İdmanı Sarayına çoxsaylı insanlar toplaşıb.

Nəticəmizi yaxşı hesab edirəm. İnşallah, bundan da yaxşı nəticələrə imza atmaq və Azərbaycanın bayrağını yüksəklərə qaldırmaq istəyirik.

Sabah 100 metr məsafəyə sərbəst üsulla üzəcəyəm. İnanıram ki, orada da ən azı finala yüksəlməyi bacaracağam".

Abdurrəhman Rüstəmov 100 metr məsafəyə kəpənək üsulu ilə yarışda finala yüksəlməyi bacarıb. O, həlledici yarışda (53.51) 8-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM