"Mingəçevir Reqatası-2026"nın qalibləri mükafatlandırıldı

04:20 Digər növlər 85
"Mingəçevir Reqatası-2026"nın qalibləri mükafatlandırıldı

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, mükafatları qaliblərə yarışa dəvət olunmuş rəsmi şəxslər təqdim ediblər.

Azərbaycan təmsilçiləri Füzulidəki Köndələnçay su anbarında start götürən və bu gün Mingəçevirdə bitən yarışı 22 medalla başa vurublar. Mükafatlardan 7-nin əyarı qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.

Kayak və kanoe növündə ümumi komanda hesabında Özbəkistan birinci, Azərbaycan ikinci, Ukrayna üçüncü olub. Akademilk avarçəkmə üzrə isə ilk "üçlük"də Özbəkistan, Azərbaycan və Gürcüstan qərarlaşıb.

Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri