Premyer Liqanın iştirakçısı niyə yerdəyişmə edib?

03:40 Araz-Naxçıvan 76
Premyer Liqanın iştirakçısı niyə yerdəyişmə edib?

"Araz-Naxçıvan" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmək üçün mövsümün əvvəlində müraciət etsə də, arena və hava şəraiti ilə bağlı məhdudiyyət səbəbindən bu yalnız indi mümkün olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çempionatın startında matçların Şamaxıda təşkil olunması üçün istək bildirilsə də, həmin vaxt havanın isti olması və stadionda işıqlandırma sisteminin olmaması səbəbindən Peşəkar Futbol Liqası tərəfindən ilk 4 turda gündüz saatlarında qarşılaşmaların keçirilməsinə icazə verilməyib.

Artıq həmin qadağa aradan götürüldüyü üçün komandanın ev görüşlərində sözügedən idman qurğusundan istifadə edəcəyi qeyd olunub.

"Araz-Naxçıvan" Misli Premyer Liqasında ilk iki ev matçını Qəbələ şəhər stadionunda keçirib. V turda baş tutan "Turan Tovuz"la matçdan etibarən komandanın ev oyunları Şamaxı şəhər stadionunda təşkil olunur.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri