Paytaxtımızda beynəlxalq seminar keçirilir

05:00 Tennis 64
Paytaxtımızda beynəlxalq seminar keçirilir

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub.

Qazaxıstanlı mütəxəssis oktyabrın 7-dək məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm də praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq.

Seminar "Şüa" İdman-Sağlamlıq Kompleksində təşkil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri