Ukraynalılar Ağayevi xoşlamadı, narazı danışdılar - Ruslara görə

02:40 Problem 103
Ukraynalılar Ağayevi xoşlamadı, narazı danışdılar - Ruslara görə

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının B Liqası çərçivəsində Gürcüstan – Ukrayna oyunu idarə edib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın bu təyinatı ukraynalılar tərəfindən narazılıqla qarşılanıb.

Ukrayna mətbuatında “Millinin oyununu qalmaqallı hakim idarə edəcək” başlığı ilə dərc edilən məqalədə Ağayevin ötən il xüsusi dəvətlə Rusiya yığmasının yoldaşlıq görüşünü idarə etdiyi vurğulanıb:

“Ağayev Ukrayna komandalarının iştirakı ilə keçirilən oyunlarda 5 dəfə hakimlik edib və heç vaxt idarəçiliyi ciddi narazılığa səbəb olmayıb.

Bununla belə, ötən il onun karyerasında bir diqqətçəkən oyun olub. İyunda Moskvaya gedərək Rusiya və Nigeriya milliləri arasında yoldaşlıq görüşünü idarə edib.

Bu üzdən onun indi Ukrayna yığmasının oyununa təyinat alması heç də doğru qərar sayılmır”.

Boris Payçadze adına stadionda keçirilən Gürcüstan – Ukrayna oyununda (0:0) Əliyar Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olub.

Rauf Cabarov dördüncü hakim funksiyasını yerinə yetirib, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri