"Transfer barədə agentimdən eşitdim və ilk təəssüratım bu oldu ki, “Qarabağ” böyük klubdur,
Avropada oynayır. Son 12 mövsüm ərzində “Qarabağ” daim avrokubokların əsas mərhələsində çıxış edib".
bu sözləri "Qarabağ"ın yeni transferi Taofik İsmail (Taofeek Ismaheel) deyib.
Nigeriyalı sol vinger yeni komandası haqda itəəssüratlarını bölüşüb:
"Pis debüt olmadı, amma ilk oyunda etdiyimdən daha çoxunu etməliyəm. Bunun üzərində çalışıram.
Daha yaxşısını edəcəyimə inanıram. Qırmızı vərəqədən sonra komanda ruhu və birlikdə mübarizə aparmağımız möhtəşəm idi”.
26 yaşlı futbolçu "Qarabağ"dakı hədəflərindən də danışıb:
"Hədəfim komandaya yenidən çempionluq qazanmağa və həmçinin avrokuboklara vəsiqə əldə etməyə kömək etməkdir".
