“Qəbələ”dən yeni transfer, 1 illik müqavilə - SON DƏQİQƏ

5 İyul 2022 10:40 Qəbələ 1 946
“Qəbələ”dən yeni transfer, 1 illik müqavilə - SON DƏQİQƏ

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Bu matçda "Qəbələ"nin heyətində yeni legioner debüt edə bilər. Fares Abu Akel dünən gecə saatlarında düşərgəyə təşrif buyurub.

"Qırmızı qaralar" onu "Aşdod"dan dəvər edib. 25 yaşlı israilli yarımmüdafiəçi Qəbələnin eyniadlı təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.

Daha əvvəl İsrail mətbuatı Fares Abu Akellə "Neftçi"nin maraqlandığını yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”