"Bunun sayəsində istəyimizə çatdıq, sevincimizin həddi-hüdudu yoxdur"

17 May 2022 19:00 Qəbələ 679
"Bunun sayəsində istəyimizə çatdıq, sevincimizin həddi-hüdudu yoxdur"

"Sabah" xal itirdi və Şamaxıda qazandığımız qələbə ilə avrokuboklara getməyimiz rəsmiləşdi.

Bütün komanda olaraq buna çox sevinirik".

Bunu Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Urfan Abbasov dilə gətirib.

Bölgə təmsilçisinin lideri mövsümün ikinci bölümünü qeyri-sabit keçirdiklərini, bununla belə, toparlandıqlarını bildirib:

"İndi sevincimizin həddi-hüdudu yoxdur. Qışdan sonra bəzi matçlarda xallar itirdik və vəziyyətimizi bir qədər çətinləşdirdik. Amma son oyunlardakı qələbələr sayəsində istəyimizə çatdıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti