"Qəbələ"dəki müəmmaya aydınlıq gəldi - AÇIQLAMA

23 Yanvar 2022 23:40 Qəbələ 880
"Qəbələ"dəki müəmmaya aydınlıq gəldi - AÇIQLAMA

"Qəbələ"nin qış təlim-məşq toplanışı Antalyada davam edir.

Bölgə klubu yanvarın 15-dən qardaş ölkədədir. Arxada qalan müddət kollektiv 2 yoxlama görüşü keçirməyə də macal tapıb.

İlk matçda Polşa "Zaqlembe"si ilə qarşılaşan təmsilçimiz məğlub olub - 1:2

İkinci görüşdə "Qəbələ"nin rəqibi Şimali Makedoniyanın "Borats" oldu. Omar Hanninin 11-ci dəqiqədə vurduğu qol bölgə klubuna qələbə gətirib.

Hər iki qarşılaşmada da baş məşqçi Elmar Baxşıyev əsas heyət üzvlərinə startda şans verib.

Amma Nicat Mehbaliyev bu baxımdan kölgədə qaldı. Mövsümün ilk dövrəsinin qəhrəmanı hər iki oyuna da ehtiyatdan başladı. Əsas heyətdə isə əcnəbi qapıçı Kristof Atanqana yer aldı.

Düzdü, yoxlama görüşlərində hər iki qapıçının da şans qazanması normaldı. Amma hər iki matçda da Nicatın ehtiyatda qalması narahatlıq yaratmaya bilməzdi. Niyə Nicat yox, Atanqa? Bunun xüsusi səbəbi varmı?

Sportinfo.az-a açıqlamasında Elmar Baxşıyev bunları dedi: "Narahat olacaq məqam yoxdur. Hər şey qaydasındadır. Qapıçıların oynaması bölgü əsasındadır. Hər ikisinə eyni vaxt ayırmaq fikrindəyik".

Digər Xəbərlər
Xəbər Lenti