“Qəbələ”nin əsas komandasına daha bir legioner cəlb olundu

8 Oktyabr 2021 18:00 Qəbələ 1 065
“Qəbələ”nin əsas komandasına daha bir legioner cəlb olundu

Xatırlayırsızsa, bir müddət əvvəl “Qəbələ-2” heyətini Nigeriyadan olan iki futbolçu – Çiçin Akande ilə Munaçi Okvara ilə gücləndirib.

Çempionatın startından bu yana Birinci Divizionda top qovan 18 və 20 yaşlı gənclərin əsas komanda üçün nəzərdə tutulduğu gün kimi aydındır.

Baş məşqçi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında onların hazırkı durumu və əsas heyətin məşqlərinə qatılmaq ehtimalına aydınlıq gətirib:

“Munaçi dünəndən məşqlərimizdə iştirak edir. İnşallah, yoldaşlıq görüşündə nəyə qadir olduğuna baxacağıq. Ondan sonra haqqında qərar verəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM