"Qəbələ"nin zədəli futbolçusunun əməliyyatı niyə gecikir?

28 Sentyabr 2021 15:00 Qəbələ 955
"Qəbələ"nin zədəli futbolçusunun əməliyyatı niyə gecikir?

Premyer Liqanın ikinci turunun "Keşlə" ilə baş tutan matçında ağır zədələnən "Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədovun Almaniyada əməliyyat olunmalı olduğunu xəbər vermişdik.

Aradan bir aya yaxın vaxt keçsə də "Qəbələ"nin müdafiəçisi hələ də Bakıdadır.

Sportinfo.az-ın əldə etdiyi məlumatına görə, gecikməyə səbəb əməliyyatın baş tutacağı Almaniya klinikası ilə bağlıdır.

Belə ki, klub danışıqlar apardığı klinikadan cavab gözləyir. Deyiləcək tarix üçün viza alınan kimi Rüfət Almaniyaya yola düşəcək.

Əvvəldən xəbər verdiyimiz kimi milli komandamızın da üzvü olan gənc futbolçunun müalicəsinin xərcləri AFFA tərəfindən qarşılanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"