"Qəbələ"nin AZ-la avrokubok oyununa təyinatlar

18 Sentyabr 2021 18:00 Qəbələ 888
"Qəbələ"nin AZ-la avrokubok oyununa təyinatlar

UEFA Gənclər Liqasının I mərhələsinin "Qəbələ" və AZ (Niderland) arasında keçiriləcək ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ukraynalı baş hakim Viktor Kopliyevskiyə həmyerliləri Vitali Skoblya və Vladimir Korotin köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda