"Futbolçuların maaşını nə azaltmışıq, nə də artırmışıq"

21 Yanvar 2021 17:40 Qəbələ 696
"Futbolçuların maaşını nə azaltmışıq, nə də artırmışıq"

«Mövsümün əvvəlində futbolçularla hansı müqavilə şərtləri ilə razılaşmışdıqsa, o cür də davam edirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.

Klub rəsmisi Nikolas Rayselin əməkhaqqı artımı tələbiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Onun bildirdiyinə görə, fransalı hücumçu ilə əlaqəli məsələ öz həllini tapıb:

«Heç kimin maaşı azaldılmayıb, yaxud artırılmayıb. Necə var idisə, elə də qalıb. Klubumuzun bəlli bir büdcəsi var və onun əsasında işimizi qurmuşuq.

Ondan kənara çıxa bilmərik, bundan da bütün futbolçular xəbərdardır».

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq