Azərbaycanda idman obyekti məhkəməyə verildi - Qaz borcuna görə

16 May 18:02 Qalmaqal 186
Azərbaycanda idman obyekti məhkəməyə verildi - Qaz borcuna görə

“Azəriqaz” İstehsalat Birliyi “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-ni məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, buna səbəb idman kompleksinin təbii qaza görə yaranmış borcunu ödəməməsidir.

“Azəriqaz” məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 2364 manat borcun “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-dən tutularaq onlara ödənilməsini istəyib.

Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranıb. Məhkəmə zamanı müəyyən edilib ki, kompleksin ödənilməmiş 339 manat borcu qalıb. Cavabdehin 339 manat debitor borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcunu ödəməyib.

Mübahisə məhkəməyə çıxarılan zaman idman kompleksi borcun bir hissəsini ödəyib. Məhkəmə borcun qalan hissəsinin- 339 manatın “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-dən tutularaq “Azəriqaz”a ödənilməsini istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?