Mübariz Mənsimova daha bir zərbə - 350 min üçün

19 Mart 2020 14:50 Qalmaqal 1 143
Mübariz Mənsimova daha bir zərbə - 350 min üçün

Sportinfo.az-ın ötən ilin sentyabrında yazdığı xəbər rəsmi təsdiqini tapıb.

Hazırda «Zirə»nin formasını geyinən Adrian Skarlatake «Xəzər Lənkəran»dan pulunu tələb etməsini açıqlayıb. Rumıniyalı legioner bu barədə «Futbol+»ə danışıb:

"Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar”.

Skprlatake tanınmış iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl atdığını, Mənsimovun saxta sənəd düzəldənlərdən xəbərdar olduğunu bildirib:

"FİFA və Azərbaycan Ali Məhkəməsinin bu məsələdə qalib gəlməyim barədə qərarı var. Orda da 1 illik maaşımın ödənilməməsi ilə bağlı bənd var. Lakin son 4 ildə Mais Mənsimovla Tuyqun Nadirov Lənkərandan olan məhkəmə icraçıları ilə birləşərək saxta işlər görməkdədirlər.

Onlar saxta sənədlərdən istifadə edərək bir neçə dəfə "Xəzər Lənkəran”ın prezidentinin və rəsmilərinin vəzifələrini dəyişiblər. Halbuki klub onlara məxsus idi və hazırda da elədir”.

Şikayətçi Mais Mənsimovla Tuyqun Nadirovun əməlləri haqqda şok faktlar açıqlamaq istəmədiyini bildirib: "Hələ ki çox dərinə getmək istəmirəm. Yaxın günlərdə onların iyrənc əməllər haqda məlumat verəcəm. Dövlət üçün işləyən lənkəranlı icraçılar vəzifə borclarını vaxtında yerinə yetirmədilər.

Bununla da Mais Mənsimovla Tuyqun Nadirovun "Xəzər Lənkəran”a nəzarət edən şirkətin aktivlərinin, klubun bütün mallarının təhvil alınmasına və satılmasına dair sənədlərdə dəyişiklər etməsinə şərait yaratdılar.

Bu və başqa cinayət faktları FİFA-da var. Azərbaycan Ali Məhkəməsində udduğum məhkəməni əngəlləmək və mənə çatacaq pulu ödəməmək üçün bu cür yola əl atdılar”.

İllərdir Azərbaycanda top qovan Skarlatake haqqı olan puldan hələ də əlini üzmədiyini qeyd edib. Onun fikrinə görə, Azərbaycan höküməti araşdırma aparıb, cinayətkarların üzə çıxarılmasına nail olacaq:

"Azərbaycanın ədalətinə əminəm və Baş Prokurorluğun hərəkətə keçərək Mais Mənsimovla Tuyqun Nadirovun, eləcə də onlarla əlbir olan hökümət işçilərinin və vəkillərin korrupsiya faktlarını üzə çıxaracağına əminəm. Əks təqdirdə yenidən FİFA-ya və ya İnsan Hüquqları Ali Məhkəməsinə üz tutacam.

Mən klubdan müqavilədə əks olunan 1 illik maaşımı istəyirəm, bura mükafat aid deyil. Bütün təfərrüfatları əsl həqiqətin üzə çıxması ümidi ilə prokurora verəcəm. Yene deyirəm, Azərbaycanın ədalətinə güvənirəm və ümid edirəm ki, futbol belə cinayət əməllərinin kölgəsində yatmayacaq”.

O, 2012-15-ci illər aralığında cənub klubunda 84 matç keçirib, 10 qol vurub. Sportinfo.az-da olan məlumata görə, «Xəzər Lənkəran» ona 350 min dollara yaxın borcludur.

Skarlatake “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra bir ili vətənində keçirib, 2016-cı ildən yenə Azərbaycana qayıdıb. O, 2 il “Keşlə” formasını geyib, 2018-dən etibarən “Zirə”dədir.

Rumıniyalı ona çatası pulu almasına yardımçı olmaları üçün bir çox dövlət qurumlarına müraciət edib. Onları isə şikayət ərizəsini AFFA-ya yönləndirib.

Legioner futbolçu bu məqsədlə AFFA-ya dəvət olunub və dinləniləndən sonra ondan bir müddət gözləməsi xahiş edilib. Rumına bildirilib ki, federasiya problemi araşdıracaq və ona kömək etməyə çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?