Uşaq futbolunda qan töküldü

10 Dekabr 2019 12:08 Qalmaqal 1 060
Uşaq futbolunda qan töküldü

İngiltərədə "Sent Cozef" və "Viksams Uonderers" uşaq komandalarının iştirakı ilə keçirilən oyun kütləvi dava ilə başa çaıb.

Sportinfo.az xəbər verir ki, Bedfordda keçirilmiş qarşılaşma zamanı azyaşlı futbolçular hisslərinə hakim ola bilməyiblər və əlbəyaxa dava baş verib.

Bu zaman azarkeşlər də futbolçulara qoşulublar. Ümumilikdə 20 uşağın iştirak etdiyi davada "Sent Cozef"in 14 yaşlı futbolçusunun ağız-burnu qanayıb, üzündən xəsarət alıb. Məsələ ilə bağlı açıqlama verən ərazi polis müvəkkili Endi Sautam açıqlamasında deyib ki, hadisə ilə əlaqədar Bedford Futbol Birliyinə ciddi xəbərdarlıq ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti