Hafiz Məmmədov bankla problemini həll edib - Məhkəməsiz

31 Mart 2017 17:24 Qalmaqal 1 031
Hafiz Məmmədov bankla problemini həll edib - Məhkəməsiz

"Azəbaycan Beynəlxalq Bankı" ASC Hafiz Məmmədovun sahib olduğu "Baghlan Group FZCO" şirkətini və "Baghlan Treydinq" MMC Naxçıvan filialını məhkəməyə verib. Sportinfo.az "report"a istinadən xəbər verir ki, bank 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə) barədə tələb irəli sürüb.

İşə hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. "Baghlan Group FZCO"dan isə bu məlumatı Sportinfo.az-a təsdiq etməyiblər. Şirkətdən saytımıza bildiriblər ki, bu problem 2 il öncə yaranıb və ötən ilin axırında həll olunub. Anlaşılmazlığa səbəb isə Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri olarkən gördüyü bəzi işlərdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti