Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”ın rəqibi olacaq “Slaviya”nın (Çexiya) Azərbaycana səfər proqramı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Praqa təmsilçisi oktyabrın 11-də axşam saatlarında Bakıya gələcək.
Çexiya klubu səfər müddətində “JW Marriott Absheron Baku” otelində məskunlaşacaq.
Görüşdən bir gün öncə — oktyabrın 12-də komandanın baş məşqçisi Yindrjix Trpişovskinin mətbuat konfransı keçiriləcək.
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Slaviya” qarşılaşması saat 20:45-də start götürəcək.
