Mahir 1 saatdan 1 dəqiqə artıq oynadı, qol vurmadı, böyük hesabla uduzdular

11:00 Bizimkilər 179
Mahir 1 saatdan 1 dəqiqə artıq oynadı, qol vurmadı, böyük hesabla uduzdular

Polşa çempionatında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “GKS Katovitse”ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 61-ci dəqiqədə, hesab 1:3 olarkən Adam Basse ilə əvəzlənib.

10 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.

“Rakuv” - “GKS Katovitse” 1:4
Qollar:
Şkurin, 34 (0:1), Makuç, 37 (1:1), Novak, 48-pen. (1:2), Kovalçuk, 57 (1:3), Qalan, 90+3 (1:4)

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!