Nəriman Axundzadənin milli komandalarla bağlı yaranan fasilə dönəmində Azərbaycanın U-21 yığmasında çıxış etməsi Türkiyədə təəccüblə qarşılanıb.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı hücumçu U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqlə matçda meydana çıxması klubu “Erzurumspor”da sürpriz kimi qarşılanıb.
Məlumata görə, klub Axundzadənin Azərbaycanın A millisinə dəvət olunduğunu zənn edib. Lakin onun U-21-in heyətində Cəbəllütariq önündə 90 dəqiqə meydanda olması şok effekti yaradıb.
Türkiyə mətbuatı bunu Nərimanın klubu “Erzurumspor”da yetəri qədər şans əldə edə bilməməsi ilə əlaqələndirib.
U-21 Bakıda keçirilən görüşdə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.
