“Qarabağ”da SÜRPRİZ hücumçu - 40 qol vurdu, Qurban Qurbanov bəyəndi

13:00 Qarabağ 217
“Qarabağ”da SÜRPRİZ hücumçu - 40 qol vurdu, Qurban Qurbanov bəyəndi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov sürpriz seçim edib.

Təcrübəli mütəxəssis 18 yaşlı gənci əsas komandanın sıralarına qatıb.

Daniel Arierhi artıq burada gündəlik məşqlərə çıxır.

Adıçəkilən nigeriyalı 2 aydır Azərbaycana gəlib.

Ötən mövsüm Nigeriyanın Gənclər Liqasında 40 qola imza atmış forvardla artıq 1+1 illik müqavilə imzalanıb.

«Köhlən atlar» hücumun mərkəzində çıxış eləyən afrikalıya görə Peşəkar Futbol Liqasına 5000 manat ödəyəcək. Bu pul onu Əvəzedicilər Liqasına sifariş eləmək üçün veriləcək.

Danielin özəlliyi ön xətlə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamaq bacarığıdır. 175 sm boya malik nigeriyalı sürəti və texnikası ilə bir çox həmyaşından seçilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti