Yeni müavin komandanı “çətir”i altına aldı, bir neçə legioner gətirdi

09:40 Turan 259
Yeni müavin komandanı “çətir”i altına aldı, bir neçə legioner gətirdi

Bu ilin yayında «Turan Tovuz»un İdarə Heyətinin sədrinin müavini təyin edilən Həsən Zeynalov maraqlı addım atıb.

O, 19 yaşlılardan ibarət komandanı himayəsi altına alıb.

Gənclər Liqasında mübarizə aparan kollektivin xərclərini öz üzərinə götürüb.

Yaxın qohumu Mehman Həsənovu baş məşqçi postuna gətirən iş adamı heyəti gücləndirməyi də yaddan çıxarmayıb.

Düşərgəyə bir neçə legioner cəlb olunub. Onlardan ikisi afrikalı, digəri isə kolumbiyalıdır.

Burada etimadı doğruldacaq əcnəbilər növbəti mərhələdə əsas komandaya çağırılacaq. Hər halda onlar rəhbərliyin birbaşa nəzarəti altındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!