"Fənərbaxça"nın ulduzu Bakıdakı QALMAQALlı hərəkətinə görə cəzalanacaq?

12:40 Qalmaqal 159
"Fənərbaxça"nın ulduzu Bakıdakı QALMAQALlı hərəkətinə görə cəzalanacaq?

"Turan Tovuz"la keçirilən yoldaşlıq oyununda qırmızı vərəqə alan "Fənərbaxça"nın legioneri Meyson Qrinvud cəzalandırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə Futbol Federasiyasının müvafiq intizam qaydalarına əsasən, yoldaşlıq görüşləri zamanı rəqibə qarşı qəsdən və zorakı hərəkətə görə qırmızı vərəqə alan oyunçular, insidentin xarakterindən asılı olaraq, rəsmi matçlarda sanksiyalarla üzləşə bilərlər.

Buna görə də, Qrinvudun " Turan Tovuz"la qarşılaşmada aldığı vərəqənin təkcə həmin yoldaşlıq görüşü ilə məhdudlaşıb-məhdudlaşmayacağı barədə müzakirələr aparılır.

İngiltərəli vingerin vəziyyəti ilə bağlı prosesdə hakim Rəvan Həmzəzadənin hazırladığı oyunsonu hesabat həlledici əhəmiyyət daşıyır.

Qrinvudun meydandan qovulmasına səbəb olan insidentin hesabatda necə qiymətləndirilməsi, mümkün intizam icraatının gedişatını müəyyən edəcək.

"Turan Tovuz" - "Fənərbaxça" qarşılaşması Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsində Meyson Qrinvud kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Belə ki, 25 yaşlı oyunçu “Turan Tovuz”un müdafiəçisi Roderik Millerи bilərəkdən təpiklə vurub.

Digər Xəbərlər
Xəbər Lenti