Bakıdan köçməyə hazırlaşan klubdan YENİ MƏLUMAT - Bu tarixdə işə başlayırlar

14:40 I Divizion 205
Bakıdan köçməyə hazırlaşan klubdan YENİ MƏLUMAT - Bu tarixdə işə başlayırlar

Quba Olimpiya Kompleksinin stadionu təmirə bağlanıb.

Əraziyə bir neçə ağır texnika gətirilib.

Oktyabrın 15-dən etibarən arenada geniş yenidənqurma işlərinə start veriləcək. Butün bu fəaliyyət «Səbail» tərəfindən tənzimlənəcək.

Gənclər və İdman Nazirliyi (GİN) bir neçə gün öncə onları sevindirib. GİN I Liqada mübarizə aparan klubun istəyini müsbət cavablandırıb.

Dövlət qurumu onun sərəncamında olan Quba Olimpiya Kompleksini «Səbail»ə icarəyə verməyə razılaşıb.

Sözügedən məkan qarşıdakı 15 il ərzində sabiq «dənizçilər»in ixtiyarında qalacaq. Bu müddətdə arenanın bütün məsrəfləri aşağı liqa təmsilçisi tərəfindən qarşılanacaq.

Yeri gəlmişkən, «Səbail» Ədliyyə Nazirliyinə müraciət edib. Bu ilin yayında klubu himayəsinə götürmüş və onu Bayıldan Qubaya köçürmək niyyəti olan yeni rəhbərlik bu prosesi rəsmiləşdirməyə çalışır.

Nazirliyə müraciətin səbəbi də budur. Sabiq «dənizçilər» oktyabrın üçüncü yarısına qədər bu işi bitirməyi planlaşdırır.

Başqa bir problem ortaya çıxmasa, «Səbail» noyabr ayından etibarən «Quba»FK adıyla I Liqada çıxışını davam etdirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti