Azərbaycanlı futbolçu ondan uşaq dünyaya gətirən qızı aldadıb - FOTOLAR

18 Mart 2017 12:02 Qalmaqal 2 599
Azərbaycanlı futbolçu ondan uşaq dünyaya gətirən qızı aldadıb - FOTOLAR

Rusiyanın Vladiqafqaz şəhərindən olan Anjelika Kesayeva azərbaycanlı futbolçudan şikayət edib. Sportinfo.az xəbər verir ki, o, "azerisport"a "Kəpəz”in hücumçusu Tural Rzayevdən gileylənib. Anjelika iddia edir ki, Rzayev ilə vətəndaş nikahında olub.

Bu nikahdan oğlu dünyaya gəlib, amma futbolçu Ruslan adlı oğlunu qəbul etmək istəmir. Kesayeva həmçinin bəyan edib ki, lazım olarsa, DNT testindən keçməyə də hazırdı: "Biz bir müddət görüşdük. Mən Bakıya gəlmişdim.

Sonra o, mənim yanıma - Rusiyaya gəldi. Həmin dövrdə mən Soçidə yaşayırdım. Daha sonra biz Tunisə istirahətə getdik. İstirahətdən sonra o, Bakıya, mən isə Soçiyə qayıtdım. İki həftə keçdikdən sonra isə hamilə olduğumu öyrəndim. Hamiləlik boyu depressiya keçirdim, belə ki, o, abort etdirməyimi istəyirdi. Amma mənim üçün abort günahdı!

O, məni və oğlumu valideynlərindən gizlədir, Səbəbi isə azərbaycanlı olmamağımdı. Anlamalıdı ki, bu, pişik balası deyil, onun bir oğlu var! Anasının reaksiyasından qorxur. Düşünmür ki, 23 yaşında artıq hər hərəkətnə cavabdeh olmalısan. Mən problemi həll etməyə, övladımın tərbiyə olunmasına və ata qayğısından kənar qalmamasına çalışdım.

Cavab verdi ki, mən azərbaycanlı deyiləm və bu səbəbdən də onun ailəsi məni qəbul etməyəcək. Uşağın günahı nədi? Ona ata qayğısı lazımdı. Sabah Ruslanın 1 ayı tamam olacaq. Mən bu uşağın varlığından Turalın anasının xəbərdar olmasını istəyirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti