Yığmamızın hücumçusu qol pası verdi, azarkeşlər etiraz etdi - VİDEO

30 Dekabr 2016 14:36 Qalmaqal 625
Yığmamızın hücumçusu qol pası verdi, azarkeşlər etiraz etdi - VİDEO

"Bursaspor" Türkiyə Kubokunda qrup mərhələsinin IV turunda II Liqada mübarizə aparan "Aydınspor 1923"ü qəbul edib. Sportinfo.az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz 90 dəqiqə çıxış edib.

42-ci dəqiqədə məhz onun ötürməsindən sonra komanda yoldaşı Sercan Yıldırım hesabı açıb. Həmin vaxt qonaqlar 36-cı dəqiqədə Ömer Karancının qırmızı vərəqə alması səbəbindən azlıqda olub. Lakin Sercan Denizin oyun ərzində daha 3 ötürməsini qola çevirə bilməyib.

Üstəlik, 52-ci dəqiqədə Berat Ali "Aydınspor 1923"ün bərabərlik qolunu vurub. Oyundan sonra bursalı azarkeşlər sevimli komandalarına uzun müddət etiraz ediblər. Bu nəticədən sonra "Busaspor" G qrupunda 5 xalla "Akhisar" və "Aydınspor 1923" komandaları ilə birgə 2 - 4-cü yerləri bölüşür. Qrupa isə 6 xalla "Umraniyespor" başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti