Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.
Sportinfo.az vesti.kz-yə istinadən xəbər verir ki, hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub. Münaqaşəyə onların komanda yoldaşları da qoşulub.
Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub. Qalmaqallı qarşılaşma qazaxların 2:0 hesablı qələbəsilə başa çatıb.

