Liqada oyuna çıxmayan komanda texniki məğlubiyyət aldı, 3000 cərimələndi

13:40 I Divizion 64
Liqada oyuna çıxmayan komanda texniki məğlubiyyət aldı, 3000 cərimələndi

I Liqada mübarizə aparan "Mingəçevir"ə texniki məğlubiyyət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bugunkü iclasında qərar verilib.

1I Liqanın 7-ci turunda "Şahdağ Qusar"la oyuna çıxmaqdan imtina edən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub isə 3000 manat cərimələnib.

Komandanın oyununa çıxmamasının səbəbi onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.

Digər Xəbərlər
Xəbər Lenti