Yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

04:40 Cüdo 43
Yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

Sportinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnirdə 71 klub və idman cəmiyyətindən 587 cüdoçu (483 oğlan, 104 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında Azərbaycan birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?