Portuqaliyalı ulduz Kriştianu Ronaldo milli karyerasını bitirdiyini açıqladı.
Sportinfo.az xəbər verir ki, o, bu barədə video yayımlayıb.
Ronaldo bildirib ki, millinin 7 nömrəli formasını artıq geri təhvil verməyinin vaxtı çatıb.
Hücumçu iki ay öncə baş məşqçi Jorje Jezusla mübahisədən sonra icazəsiz olaraq komandanın düşərgəsini tərk etmişdi.
41 yaşlı futbolçu yığmanın heyətində ümumilikdə 234 oyun keçirib, 146 qol vurub.
