Belarus klubunun hücumçusu Azərbaycan millisində

17:20 Milli komanda 78
Belarus klubunun hücumçusu Azərbaycan millisində

"Dnepr”in (Belarus) hücumçusu Müzəffər Qurbanov Azərbaycanın U-21 yığmasına dəvət edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Mogilev klubunun mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz U-21 yığmasının noyabrın 9-dan 17-dək Bakıda baş tutacaq toplanışında iştirak edəcək.

Komanda hazırlıq çərçivəsində Omanın U-23 millisi ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.

2024-cü ildən “Dnepr”də oynayan Müzəffər Qurbanov bu mövsüm 5 oyunda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti