İldə ən azı 25 milyon avro maaş alacaq - Yeni müqavilə imzaladı

01:40 Almaniya 106
İldə ən azı 25 milyon avro maaş alacaq - Yeni müqavilə imzaladı

“Bayern”in hücumçusu Harri Keyn klubu ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

“Qızıl top”un sahibi yeni müqavilə əsasında ildə ən azı 25 milyon avro maaş alacaq. Müqavilə dünən imzalanıb.

33 yaşlı forvard 2023-cü ildən “Bayern”də çıxış edir. O, bu müddətdə 161 oyunda 156 qol vurub və 41 məhsuldar ötürmə verib.

İngiltərəli hücumçu Münhen klubu ilə iki dəfə Almaniya çempionu olub, ölkə kubokunu və iki superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda