Misli Premyer Liqasında XI tura bu gün start veriləcək.
Sportinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Turan Tovuz" səfərdə "Qarabağ"ın qonağı olacaq. Ağdam təmsilçisi hazırda 19 xalla turnir cədvəlinin üçüncü, Tovuz klubu isə 18 xalla dördüncü pilləsində qərarlaşıb.
Günün son qarşılaşmasında "Neftçi" "Palms Sports Arena"da "Kəpəz"i qəbul edəcək. 21 xala malik "Neftçi" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 17 xalla beşincidir.
Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar olaraq XI tur Peşəkar Futbol Liqası tərəfindən "Zəfər turu" elan edilib. Bununla bağlı oyunlardan əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.
"Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.
18:00. "Qarabağ" – "Turan Tovuz" 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azərsun Arena"
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 11. Reda Xadra, 88. Samuel Lobato, 4. Bense Varkonyi, 33. Dieqo Rosa
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 12. Teymur Həsənov, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 19. Taofik İsmail, 7. Jali Muaddib, 39. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
"Turan Tovuz:" 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Beusnar, 3. Enrike Silva, 90. Joarlem Santos, 77. Vadji İbrahima, 15. Emmanuel Hakman (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 28. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 25. Denis Marandiçi, 8. David Tavareş, 11. Dioqo Balau
Baş məşqçi: Kurban Berdiyev
20:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Palms Sports Arena"
