Nəticələrin yaxşılaşması onun istefasına qalmışdı?

20:40 Problem 114
Nəticələrin yaxşılaşması onun istefasına qalmışdı?

“Fərid Namazovun komandada əməyi çox olub. Bunu inkar edə bilmərik”.

“İmişli”nin yarımmüdafiəçisi Fərid Nəbiyev Sportinfo.az-a açıqlamasında komandasındakı baş məşqçi dəyişikliyindən danışıb.

7 turdan sonra imişlilərin aktivində cəmi 4 xal var idi ki, klub rəhbərliyi 34 yaşlı mütəxəssislə yolların ayrılmasına qərar verdi.

Onun yerinə müvəqqəti təyin olunan Ervins Perkonsun gəlişindən sonra “İmişli” Premyer Liqada “Turan Tovuz”la “Şamaxı”nı, Azərbaycan kubokunda “Qaradağ Lökbatan”ı məğlub etdi, yalnız sonuncu oyunda “Kəpəz”ə uduzdu.

Görünən odur ki, latviyalı mütəxəssisin baş məşqçiliyi dövründə komandanın “ikinci nəfəsi açılıb”. Ya da bilmədiyimiz hansısa səbəblər var.

Nəbiyev yaranmış vəziyyəti təqvimlə əlaqələndirib:

“Mən bunu təqvimin ağır olması ilə əlaqələndirirəm. Fərid müəllimin dönəmində ardıcıl iddialı rəqiblərlə qarşılaşmışdıq – “Zirə”, “Neftçi”, “Sabah”, “Qarabağ”. Nəticələr bəlkə də buna görə tam istədiyimiz kimi deyildi.

İstənilən halda, bu, rəhbərliyin qərarıdır, qarışa bilmərik. Baş məşqçinin kimliyindən asılı olmayaraq, həm məşqlərdə, həm də oyunlarda işimizi görməyə çalışırıq”.

Maraq üçün bildirək ki, “İmişli” rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti