"Neftçi"dən vacib açıqlama: "Bəli, "Kəpəz"lə bizi ağır oyun gözləyir, amma..."

17:00 Neftçi 75
"Neftçi"dən vacib açıqlama: "Bəli, "Kəpəz"lə bizi ağır oyun gözləyir, amma..."

"Neftçi" 3 oyunluq fasilədən sonra "Şamaxı"da qələbə sevinci yaşadı.

Bununla da məğlubiyyətsiz seriya yeddiyə yüksəldi.

"Ağ qaralar" sonuncu dəfə 2 ay əvvəl "Zirə"yə məğlub olub.

Qarşıdan isə "Kəpəz"lə görüş gəlir.

Bölgə klubu beş oyundur məğlub olmur. Deməli, asan oyun keçməyəcək

. Nəzərə alaq ki, iki klub arasında illərin rəqabəti var. "Kəpəz" ən pis günlərində də "Neftçi"yə problem yaratmağı bacarıb. İndi isə çox yaxşı vəziyyətdədir.

Görəsən, bu məqam "Neftçi"nin futbolçularında xal itirmək qorxusu yaratmır?

Sportinfo.az-a açıqlama verən komandanın müdafiəçisi Rüfət Abbasov bunları deyib:

"Bəli, "Kəpəz"in yüksəlişdə olmasını bilirik. Bizi çətin oyun gözləyir. Evdə, azarkeşlərimizin qarşısında oynayacağıq.

Bu matçdan da üç xalla ayrılmaq istəyirik. İnşallah, istəyimizə çatarıq".

"Neftçi" - "Kəpəz" oyunu bu gün saat 20:00-da start götürəcək

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti