“Azərbaycanda olduğumuz müddətfə gördük ki…”

“Azərbaycanda olduğumuz müddətfə gördük ki…”

Qananın U-15 millisinin baş məşqçisi Salifu Fatavu komandasının Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalındakı çıxışından məmnunluq bildirib.

Sportinfo.az xəbər verir ki, Afrika təmsilçisi Bakıdakı turniri 7-ci pillədə başa vurub.

Baş məşqçi 10 matçın 8-də qələbə qazanmalarını yüksək nəticə hesab edib. Fatavu bildirib ki, futbolçular turnirin gərgin oyun qrafikinə və yüksək intensivliyinə baxmayaraq, çətinliklərin öhdəsindən uğurla gəliblər.

Bakıda keçirilən dünya çempionatında 189 komanda mübarizə aparıb. Çalışdırıcı yarışın təşkilatçılığı ilə bağlı da xoş fikirlər səsləndirib:

“Belə bir yarışın baş tutması dünya futbolunun gələcəyinə böyük töhfə deməkdir. Azərbaycanda olduğumuz müddətdə hər şeyin yüksək səviyyədə təşkil olunduğunu gördük.

Uşaqlara yalnız oyunlara köklənmək və mübarizə aparmaq qalırdı. Əminəm ki, bu dünya çempionatından çox sayda gələcəyin ulduzu çıxacaq.

Onlar arasında qanalıların olacağına da şübhə etmirəm. FIFA belə bir layihəyə start verməklə çox yaxşı iş görüb”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda