“Azərbaycandakı çempionat bizdə kifayət qədər istedadlı futbolçunun olmasını göstərdi”

5 Noyabr 23:20 Dünya çempionatı 143
“Azərbaycandakı çempionat bizdə kifayət qədər istedadlı futbolçunun olmasını göstərdi”

Yunanıstan komandalarının texniki direktoru Dimitris Papadopulos Azərbaycanda təşkil edilən FIFA U-15 Dünya Çempionatı və Festivalını dəyərləndirib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis mundialda bürünc mükafat qazanan komanda üzvlərini və onların ailələrini təbrik edib.

Papadopulos Bakıdakı turnirin də yüksək səviyyədə təşkil olunduğunu sözlərinə əlavə edib:

“İlk dəfə təşkil olunan dünya çempionatı gələcək üçün böyük önəm kəsb edir. Bu layihə bütün klublara və həvəskar futbola da tətbiq edilməlidir.

Azərbaycandakı yarış Yunanıstanda kifayət qədər istedadlı futbolçuların olduğunu göstərdi. Digər komandalar kimi, bizim də əsas məqsədimiz istedadlı oyunçular yetişdirmək, onların inkişafını təmin etməkdir.

Həm FIFA, həm də ev sahibi ölkə təşkilati baxımından böyük iş görmüşdülər. Əminəm ki, bu turnir dünya futboluna yeni ulduzlar bəxş edəcək”.

finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya millisi U-15-lər arasında ilk dünya çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda