“Turan Tovuz”la Bakıda keçirilən dostluq oyunu “Fənərbağça”nın futbolçusu Alaettin Ekicinin həyatını dəyişə bilər.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı sol vinger oyunu ilə məşqçilər korpusunun rəğbətini qazanıb.
Start heyətində meydana çıxan və bir zərbəsi dirəyə tuş gələn Ekici ikinci hissədə zədələnərək əvəzlənmişdi. Rəhbərlik gənc futbolçu ilə görüşərək Türkiyə Kuboku oyunlarında onun xidmətindən yararlanacağını deyib.
Hətta oyunçudan o qədər razı qalıblar ki, bəzi Superliqa qarşılaşmalarında da onu iştirak ərizəsinə salmağı planlaşdırırlar.
“Turan Tovuz” – “Fənərbağça” oyunu Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
