Altı nəfəri Azərbaycan çempionunun önünə çıxara bilməyiblər

03:40 Problem 56
Altı nəfəri Azərbaycan çempionunun önünə çıxara bilməyiblər

“Vikinq” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Sabah” önünə tam heyətlə çıxa bilməyib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Stavanger təmsilçisində ev oyunu öncəsi 6 futbolçu zədədən əziyyət çəkib.

Bunlar müdafiəçilər Anders Baertelsen, Sondre Byörsxul, Martin Ove Roset, həmçinin hücumçular Veton Berişa, Kelvin Frimponq və Nik D’Aqostinodur.

Frimponqun zədəsi daha ağır olduğundan, o, ümumiyyətlə, Çempionlar Liqasının iştirak ərizəsində yer almayıb.

“Vikinq” stadionunda keçirilən “Vikinq” – “Sabah” oyunu 4:1 hesabıyla bitib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?
5 Noyabr 03:00 Üç italyan Lənkəranda