Dörd federasiyanın idmançıları üçün antidopinq seminarları keçirdilər - FOTOLAR

04:50 Digər növlər 32
Dörd federasiyanın idmançıları üçün antidopinq seminarları keçirdilər - FOTOLAR

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dörd idman federasiyasının təmsilçiləri üçün maarifləndirici seminarlar təşkil edib.

Sportinfo.az xəbər verir ki, təlimlərə Azərbaycan Güləş Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Qılıncoynatma Federasiyası və Azərbaycan Üzgüçülük Federasiyasının idmançıları cəlb olunublar.

Seminarlarda iştirakçılara qadağan edilmiş maddələrin siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və öhdəlikləri barədə məlumat verilib.

Həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsində nəzərdə tutulan əsas dəyişikliklər izah olunub.

İnteraktiv formatda keçirilən təlimlərdə idmançıların sualları cavablandırılıb, antidopinq qaydalarının pozulması ilə bağlı risklər müzakirə edilib.

Seminarların məqsədi idmançıların antidopinq sahəsində biliklərini artırmaq, dopinqdən istifadənin qarşısını almaq və idmanda ədalətli rəqabət prinsiplərini təşviq etmək olub.

AMADA dörd federasiyanın idmançıları üçün antidopinq seminarları keçirib

İ

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 18:10 Çək və bizə göndər!
5 Noyabr 09:40 Niyə alınmadı, rəis?