Başına sərt təpik zərbəsi endirdi - Qorxulu anlar yaşadan VİDEO

18:40 İspaniya 119
Başına sərt təpik zərbəsi endirdi - Qorxulu anlar yaşadan VİDEO

İspaniya La Liqa 2-də qapıçı Ovono tərəfindən başından zərbə alan Xesus de Migelin faciəvi ölümündən qısa müddət sonra eyni liqada oxşar qorxulu insident yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Albacete”nin futbolçusu Xose Korpas oyun epizodlarının birində rəqibi Kvadri Liamidin başına sərt təpik zərbəsi endirib.

Meydanda huşunu itirən Liamid dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya qaldırılıb. Xose Korpas qeyri-insani hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Xəstəxanaya yerləşdirilən Kvadri Liamidin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi və dəqiq məlumat verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti